"Kolumbiya" sirki (film, 2010)
"Kolumbiya Sirki", Bosniyalı rejissor Danis Tanoviçin çəkdiyi bir dram filmidir (2010).
Antalya IFF-də Qızıl Portağal Mükafatı (2010) na layiq görülmüşdür.
67-ci Venesiya Film Festivalında və 2011-ci ildə Trieste Film Festivalının açılışında təqdim edilmişdir.
Bosniya və Herseqovina tərəfindən rəsmi olaraq 2010-cu ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatına namizəd göstərilmiş, lakin son beş nominasiyaya daxil ola bilməmişdir.
== Süjet ==
Filmin qəhrəmanı, 40 yaşlıı xorvatiyalı Divko, Almaniyadan doğma yurdu Bosniyaya qayıdır və ömrünün yarısını hərbi çağırışdan yayınmaq üçün sosialist Yuqoslaviyasından gizlənir. İndi o varlanmışdır, dəbdəbəli Mercedes avtomobili, Azra adlı gənc bir məşuqəsi var. Divkonun məqsədi, qaçaq düşdükdən sonra əlaqə saxlamadığı arvadından boşanmaq, evini qaytarmaq və Azra ilə yeni bir həyat qurmaqdır. Talisman hesab etdiyi qara pişiyini də özü ilə gətirir (həmin pişiyi tapdıqdan sonra həyatı yoxuşa qalxmışdır). Şəhərin yeni meri, xorvat millətçisi və çoxdankı dostu, evinə sahib çıxmağına kömək edir, bununla da keçmiş həyat yoldaşı Lusia və oğlu Martin küçəyə atılır (daha sonra onlar köhnə bir mənzildə yerləşirlər). Bələdiyyə başçısı aktiv şəkildə əmlak bölgüsü aparır və quldurlar etiraz etmək istəyəndə keçmiş kommunist bələdiyyə başçısını döyürlər.